“Pünik” Azərbaycan çempionu ilə bir yerdə olmaq istəyir
11.11.2009 - 10:57
Ermənistanın “Pünik” klubu “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qayıtmaq istəyir. Apasport.az saytının məlumatına görə, 2006-cı ilin yanvarında keçirilən turnirin yarımfinalında Bakının “Neftçi” klubu ilə oyuna çıxmaqdan imtina etdikdən sonra kənarda qalan İrəvan təmsilçisi yarışa buraxılmırdı.
Həmin vaxt “Pünik”ə 0:3 hesablı texniki məğlubiyyət verən turnirin təşkilatçıları başqa Ermənistan klublarını qəbul edirdi. Yəni ardıcıl 9-cu dəfə çempionluq titulunu qoruyan “Pünik” cəzalandığından son üç ildə kənarda qalmalı olurdu. Klub rəhbərliyi gələn ilin yanvarında Moskvada keçiriləcək turnirdə çıxış edəcəyini istisna etməyib. Bununla bağlı son qərar yaxın günlərdə qəbul ediləcək.
“Birlik kuboku”nda ölkəmizi son çempion “Bakı” klubu təmsil edəcək.

0
0