Pavlyuçenko: Ağrılarım Azərbaycanda dərhal keçdi
11.11.2009 - 11:25
Rusiya yığmasının hücumçusu Roman Pavlyuçenko Tofiq Bəhramov adına Respublika stadionundan razı qalıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Tottenhem” klubunun 27 yaşlı futbolçusu ötən ay milli komandasının heyətində Bakıya səfər etsə də, Azərbaycanla mərkəzi arenada keçirilən rəsmi oyunu tribunadan izlədi. Buna səbəb Pavlyuçenkonun növbəti sarı vərəqəsini alacağı halda, cəza üzündən pley-off oyununu buraxmaq təhlükəsi idi.
Hazırda Moskvada milli komandasının heyətində Sloveniya ilə pley-off görüşünə hazırlaşan Roman yenidən sintetik örtüklü meydançaya çıxacaq. Məlum olduğu kimi, Pavlyuçenko martın 28-də “Lujniki”də cərimə zərbəsini dəqiq yerinə yetirməklə, Fərhad Vəliyevin qoruduğu qapıya yol tapmışdı. Futbolçunun sözlərinə görə, Respublika stadionunda yalnız məşq etmək belə onun üçün düşərli olub: “Açığı, “Lujniki”nin sintetik meydançasını yadırğamışam. Almaniya ilə oyun öncəsi orada məşq zamanı omba nahiyəmdə problem yarandı. Sonradan Azərbaycanda təbii ot örtüyünə qayıtdım və ağrılarım dərhal keçdi. İndi “Lujniki”də ilk məşq öncəsi hətta əzələlərimin necə olacağından qorxuram. Ancaq eybi yoxdur, yaxşıca isinərəm, masaj edərəm və hər şey normal olar”.

0
0