Azərbaycan yığmasının rəqibi itki ilə üzləşdi
11.11.2009 - 11:40
Azərbaycan yığmasının rəqibi itki ilə üzləşdi
Azərbaycan milli komandasının rəqibləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək beynəlxalq turnirin hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, noyabrın 15-18-də baş tutacaq yarış öncəsi meydan sahibləri fəallığı ilə seçilir.

Sabah İngiltərənin məşhur “Mançester Siti” klubu ilə yoldaşlıq görüşü keçirəcək BƏƏ ciddi itki ilə üzləşib. Yetirmələrinə məşq keçən sloveniyalı mütəxəssis Sreçko Katanets Sultan Burqos Menhalinin xidmətindən məhrumdur. Tibbi müayinədən keçən futbolçunun sağlamlıq durumunun qənaətbəxş olmaması məlum olub. Bu üzdən ölkə çempionatının son turunda zədələnən Sultan heyətdən çıxarılıb.