“Xəzər-Lənkəran”ın futbolçusu Azərbaycan yığmasından çıxarıldı
11.11.2009 - 12:33
“Xəzər-Lənkəran”ın futbolçusu Azərbaycan yığmasından çıxarıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev noyabrın 15-18-dək Birləşmiş ərəb Əmirliklərində keçiriləcək beynəlxalq turnirə yollanan heyətdən çıxarılıb. Millimizin baş məşqçisi Berti Foqtsun dünən açıqladığı heyətdə yer alan 20 yaşlı futbolçunun yığmadan kənarda qalmasına onun zədəsi səbəb olub.

Qeyd edək ki, yığmamız turnirin hazırlıqlarına sabahdan başlayacaq.