Maradona Azərbaycan xanımlarından da üzr istədi
11.11.2009 - 12:49
FİFA prezidenti Yozef Blatter əfsanəvi futbolçu Dieqo Maradonanın cəzalanmasını tələb edir. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı Argentina yığmasının 49 yaşlı baş məşqçisinin FİFA-nın Nizam-İntizam Məcəlləsinin 58-ci maddəsini pozmaqda günahlandırır.
Maradona 2010-cu il dünya çempionatının seçmə mərhələsində Uruqvayla oyundan sonra mətbuat konfransında canlı efirdə jurnalistlərə və onun məşqçilik bacarığına şübhə edənlərinin ünvanına təhqiramiz sözlər işlədib. FİFA rəhbəri bu səbəbdən Maradonanın cəzalanmasını istəyir. İndi argentinalı 5 oyunluq cəza, 13 min avro ödəmək təhlükəsi ilə üzləşib.
FİFA bununla bağlı yaxın günlərdə rəsmi qərar çıxaracaq. Cəzanın qaçılmaz olduğunu görən Maradona isə özünü günahkar saymır: “Mən bütün dünya qadınlarından, anamdan, argentinalı və uruqvaylı xanımlardan üzr istəyirəm. Ancaq bundan başqa, kimdənsə üzrxahlıq etmirəm. Dediklərimdən imtina etmirəm və üzr istəmək fikrim də yoxdur. Mən yalnız bütün seçmə mərhələ boyu haqqımda deyənlərə öz fikirlərimi bildirmişəm”.
Qeyd edək ki, Argentina məhz Uruqvay üzərində səfərdə qazandığı 1:0 hesablı qələbə sayəsində dünya çempionatının final mərhələsinə çıxıb.

0
0