Azərbaycana qarşı oynayan futbolçular qitənin ən yaxşısı olmaq istəyir
11.11.2009 - 13:17
Asiya Futbol Konfederasiyası (AFK) qitənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu mükafata altı futbolçu iddia edir.
Yaponiyalılar Kenqo Nakamura (“Kavasaki Frontal”), Yasuhito Endo (“Qamba Osaka”), iranlı Hadi Ağayi (“Sepahan”), suriyalı Firas Əl Xətib (“Əl Ərəbi” və “Əl Qüdsiyyə”, Küveyt), Səudiyyə Ərəbistanını yığmasının üzvü Məhəmməd Nur (“Əl İttihad”), bəhreynli Səid Məhəmməd Adnan (“Əl Xor”, Qətər) ən yaxşı adını qazana bilər.
Bunlardan ikisi Azərbaycan milli komandası üçün tanışdır. Ötən il Bəhreyn və İran yığmaları ilə keçirilən yoldaşlıq oyunlarında Hadi və Səid 90 dəqiqə meydanda olmuşdular. Amma nə müdafiəçi olan iranlı, nə də hücumçu olan bəhreynli qol və ya vərəqə ilə fərqlənməmişdi.
Qeyd edək ki, AFK ən yaxşının adını noyabrın 24-də Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək qala gecədə açıqlayacaq.

0
0