Yeni çempionat yarandı, qadın hakimlərimiz qazandı
11.11.2009 - 14:42
Azərbaycanda uşaq futbol liqalarının yaradılması həm də qadın hakimlərin sayının artmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, Premyer Liqa, I divizion, hətta əvəzedicilərin çempionatında o qədər də çox etimad qazanmayan zərif cins nümayəndələri 15 və 17 yaşlıların oyunlarında təcrübə toplamaq şansı qazanırlar.
“Kapital Bank U-15 liqa”da təkcə sabah keçiriləcək I turunun A qrupunun qarşılaşmalarında 7 xanım hakim meydana çıxacaq. Onlar arasında debütantlar da var. “Olimpik-Şüvəlan” - “MKT-Araz” görüşünü idarə edəcək Gülyana Güvəndiyeva müxtəlif turnirlərdə ədaləti qorusa da, baş hakim kimi şans qazanmayıb. Qadın yığmamızın sabiq futbolçusunun idarə etdiyi görüşün ehtiyat hakimi Əminə Heydərova isə bu sahədə ilk addımlarını atanlardandır.
“Sülh” - “Standard” matçının yan xətt hakimləri Səbayel Qurbanova ilə Vəfa Piriyeva, “İnter” - “Simurq” oyununda eyni funksiyanı yerinə yetirəcək Maya Nəbiyeva və Ülviyyə Mustafayeva nisbətən təcrübəlilər sırasındadır. Sonuncuların təyinat aldığı qarşılaşmanın dördüncü hakimi isə yeni simadır: Tamella Nəbiyeva.
Bu hakimlərin beşi dünən baş tutan “Azercell U-17 liqa”nın I turunda da iş başında olmuşdu. Mustafayeva ilə Piriyeva “Muğan” - “Xəzər-Lənkəran”, Maya Nəbiyeva və Qurbanova isə “İnter” - “Olimpik-Şüvəlan” matçında yan xətt hakimi olmuşdu. Güvəndiyeva isə sonuncu matçın ehtiyat hakimi idi. Salyandakı oyunda eyni işi icra edən Röya Kərimli isə “Kapital Bank U-15 liqa”da debüt etmək üçün ən azı II turu gözləməlidir.

0
0