Barselonanın atası Bakıya niyə gəlmişdi?
11.11.2009 - 15:55
Rusiya yığmasının futbolçusu Sergey Semak yeni doğulmuş qızına orijinal ad qoyub. Apasport.az saytının məlumatına görə, Kazanın “Rubin” klubunun kapitanı xanımı Anna ilə birlikdə balaca qızına məşhur “Barselona” klubunun adını verib.
33 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının son 2 qrup matçında üstələdikləri (səfərdə 2:1, edvə 0:0) Kataloniya təmsilçisinin şərəfinə övladını Barselona adlandırıb: “Qızım çox yaxşıdır. Biz Kazanda “Barselona” ilə oynayanda anadan oldu. Necə ad qoyduq? Elə Barselona. Yaxşı addır”.
Qeyd edək ki, Rusiya yığmasının sabiq kapitanı olan Sergey 2004-cü ildə MOİK-in kapitanı kimi Çempionlar Liqasında Bakının “Neftçi” klubuna, bu il isə millimizə qarşı oyunlarda çıxış edib.

0
0