Elmar Baxşıyev and içdi: Futbolçular mərasimə gələ bilmədilər
11.11.2009 - 16:02
Azərbaycan yığmasının futbolçusu Elmar Baxşıyev xidmətini Şəkidəki N saylı hərbi hissədə davam etdirir. Bu barədə apasport.az saytına məlumat verən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, karantin dövründə olduğu Mingəçeviri tərk edib.
“Şəkidə gənc tabor var və bizi yeni əsgərlər kimi bura gətirdilər. Karantin müddəti başa çatandan sonra andiçmə mərasimi oldu. Bu, bizim vətən qarşısında borcumuzdur. Andiçmə mərasimində ailə üzvlərim təşrif buyursa da, futbolçulardan, milli üzvlərindən kimsə gələ bilmədi. Çünki həmin vaxt çempionatda oyunlar gedirdi. Dekabradək Şəkidə qulluq edəcəyəm və bundan sonra Mingəçevirə qayıdacağım gözlənilir”.
“Neftçi” rəhbərliyinin onunla maraqlandığını deyən Baxşıyev nə vaxt yenidən futbol oynayacağını dəqiq bilmir: “Bu, məndən asılı məsələ deyil. Hərbi xidmətə çağırılmışam və vətən qarşısında borcumu yerinə yetirirəm. Nə vaxt, hansı klubda yer alacağımı indidən deyə bilmərəm. Sağ olsun, hərbi hissə rəhbərliyi, məşq etməyimə icazə verir. Bu da əsas fiziki hazırlıq, qaçışla bağlı olur. Hərbi hissədə futbol da oynayırıq”.

0
0