Şahin Diniyevin yetirməsi arzusunu açıqladı
11.11.2009 - 16:33
Rusiya yığmasının dünya çempionatının pley-off mərhələsində Sloveniya ilə qarşıdakı oyunları barədə Şahin Diniyevin futbolçusundan da münasibət öyrənilib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı azərbaycanlı mütəxəssisin çalışdırdığı Qroznının “Terek” klubunda forma geyinənə müdafiəçi Radoslav Zabavnik Slovakiya komandasının heyətində son seçmə mərhələdə slovenlərlə görüşüb. Slovaklar qrupda rəqibinə hər iki oyunda uduzsalar (1:2 və 0:2) da, qrup qalibi qismində birbaşa final mərhələsinə yüksəliblər.
Diniyevin yetirməsi Cənubi Afrika Respublikasına vəsiqəyə Rusiya yığmasının sahib çıxmasını istəyir: “Sloveniya ilə qarşılaşmada yadımda qalan məqam odur ki, onları məğlub edə bilməmişik. Bununla yanaşı, qrupda 1-ci yeri tutduq və dünya çempionatına vəsiqə qazandıq. Bu, Slovakiya yığmasının tarixində ilk belə haldır. Rusiya - Sloveniya cütündə çətin ki, kiməsə azarkeşlik edim. Ancaq rusların dünya çempionatına yollanmasını istərdim. Əgər Rusiya yığmasının məşqçisi olsaydım, futbolçulara sadəcə, bunu deyərdim: “Dünya çempionatı futbolçu karyerasında bir, yaxud iki dəfə olur. Buna görə də qələbə qazanın və bu mötəbər yarışa yollanın!”. Fikrimcə, slovenləri təxribata çəkməyin ən yaxşı üsulu onlara bir, yaxud iki qol vurmaqdır”.
Qeyd edək ki, Rusiya və Sloveniya arasında ilk görüş noyabrın 14-də Moskvada, cavab görüşü isə bundan 4 gün sonra səfərdə keçiriləcək.

0
0