Azərbaycan kubokunda ən güclü komanda hansıdır?
11.11.2009 - 16:44
Azərbaycan kubokunda ən güclü komanda hansıdır?
Azərbaycan kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan 8 komanda buna müxtəlif nəticələrlə nail olub. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsini arxada qoymaq üçün “Olimpik-Şüvəlan”a 1 qələbə kifayət edibsə, “Standard”, “Bakı” və “Qarabağ” bu vəzifəni yerinə yetirən zaman 4 xal qazanıb. Öz hesabına 1 qələbə və 1 heç-heçə yazan bu 3 komandadan ikisi - ötən mövsümün laureatları “Bakı” və “Qarabağ” birinci divizion təmsilçilərini səfərdə məğlub edə bilməyib.

1/4 finalda oynayacaq digər 4 komanda isə rəqiblərini hər iki oyunda məğlub edib. Onlar arasında ən yaxşı nəticə (7:0) “Neftçi”yə məxsusdur. Digər paytaxt klubu “İnter” də eyni sayda qol vurub. Lakin Kaxaber Sxadadzenin yetirmələri rəqibin 2 dəfə fərqlənməsinə əngəl törədə bilməyiblər. “Xəzər-Lənkəran” 2 qələbəni ümumilikdə 4:1, “Simurq” isə 3:0 hesabı ilə əldə edib. Ancaq nəzərə almaq lazımdır ki, “İnter” və “Xəzər-Lənkəran” hər iki matçda qələbə qazanmış digər komandalardan fərqli, Premyer Liqa təmsilçisi ilə qarşılaşıb. “Neftçi” və “Simurq” isə “Bakı” və “Qarabağ” kimi, cari mövsümdə kubok matçlarında qol buraxmayıb.