“Hayl Hitler” deyəndə də həqiqəti söyləyirəm”
11.11.2009 - 16:56
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin apasport.az saytına müsahibəsi
- AFFA rəhbərliyi Berti Foqtsla daha iki il müddətinə yeni müqavilə imzalayıb. Bu məsələyə üzvü olduğunuz İcraiyyə Komitəsinin iclasında baxılacağı gözlənilirdi...
- Bilirsiniz, hörmətli Foqts cənablarından başqa namizəd yox idi. Bu səbəbdən də bir yerə toplaşıb, danışmağın mənası yoxdur. Hesab edirəm ki, Foqtsu vəzifəsində saxlamaqla, düzgün addım atılıb. AFFA rəhbərliyinin bu qərarını dəstəkləyirəm. Onun qarşısına yeni şərtlər qoyublar. Foqtsdan nə istəyəcəkləri müəyyənləşib və qoy gedib işini davam etdirsin. Artıq milli komandamızı, futbolçularımızı tanıyır. Ona görə də müqavilənin müddətinin uzadılmasını alqışlayıram.
- Siz “hörmətli Foqts cənabları” ifadəsini istehza ilə işlətdiniz?
- Mən “Hayl Hitler” deyəndə də həqiqəti söyləyirəm (gülür). Foqtsla bağlı dediklərimdə heç bir istehza yoxdur. Hörmətli Foqts cənablarının əvəzinə “Berti müəllim” də deyə bilərəm (gülür).
- Rus Stanislav Çerçesovun da milli komandamızın baş məşqçisi postuna namizəd olduğu bildirilirdi...
- Məncə, onun namizədliyi yox idi. Hər halda, bu haqda hər hansı informasiya eşitməmişəm.
- Çerçesov da kimi sizin kimi milliyətcə osetindir. Soydaşınız olduğunu nəzərə alsaq, onun yığmamızın sükanı arxasına keçməsini dəstəkləyirdiniz?
- Nə olsun ki, Çerçesov yerlimdir? Ona çox hörmət edirəm. Əla insan, əla məşqçi, əla qapıçı olub. Əgər Foqts işinin öhdəsindən gəlməzsə, həmişə Çerçesovun lehinə səs verəcəyəm. Bunu yerlim olduğuna görə etmirəm. Heç vaxt yerlibazlıq, qohumbazlıqla məşğul olmamışam.
- Foqtsdan başqa namizəd olmasa belə, əgər söhbət ölkənin bir nömrəli komandasından gedirsə, İcraiyyə Komitəsinin qərar çıxarması məqsədəuyğun deyildimi? Yoxsa İcraiyyə Komitəsinin üzvlərindən telefonla fikir öyrənmək daha asandır?
- Biz hələ telefon söhbətinə qədər yığışıb müzakirə etmişdik. Şəxsən mən Ələkbər Məmmədov və İsgəndər Cavadovla Foqtsla bağlı fikir mübadiləsi aparmışıq. Sonda belə nəticəyə gəldik ki, Foqtsu saxlamaq lazımdır. Qoy başladığı işi davam etdirsin. Bundan əlavə, Foqts yaxşı mövqedən çıxış edirdi. Təkcə buna görə ona üstünlük verməmişik. Foqts həm də futbolçularımız üçün yaxşı işlər görüb, onları yüksək səviyyəyə çatdırıb. İndi yaxşı pul alırlar, stimulları artıb. Bu, milli komandamız üçün çox yaxşıdır.
- Yığmanın futbolçuları braziliyalı Karlos Alberto Torresin dövründə da yaxşı pul qazanırdılar...
- Mən bunu dəqiq deyə bilmərəm. Hərçənd, Torres də yaxşı mütəxəssis idi. O da milli komandamıza töhfəsini verib. Torresə böyük hörmətlə yanaşmışam, indinin özündə də münasibətim belədir. Eyni sözlər Foqtsa da aiddir.
- Çoxları deyirdi ki, dünya çempionu tutulunu qazanmış Torres yaxşı futbolçu olsa da, yaxşı məşqçi deyil...
- Çox şey deyə bilərlər. Amma mütəxəssislərin də fikrilərinə qulaq asmaq lazımdır. Mən onun məşq prosesində iştirak etmişəm. Bununla belə, hesab edirəm ki, Torres yaxşı məşqçi idi. Təsadüfi deyil ki, onu Braziliya yığmasına cəlb ediblər. Halbuki, Torres bizim dırnaqarası dahi məşqçilərin xoşuna gəlmirdi. Ancaq o, indi Braziliya yığmasının məşqçilərindən biridir. Görürsünüz, vəziyyət necədir?
- Səmimi deyin: Torres, yoxsa Foqts daha çox ürəyinizcədir?
- Onların hər ikisi yaxşı mütəxəssisdir.
- Ancaq siz əcnəbi futbolçuların və məşqçilərin Azərbaycanda işləməsinə çox həssaslıqla yanaşırsınız...
- Bu, tamamilə başqa şeydir. Milli komandadan söhbət gedirsə, hesab edirəm ki, Foqts işləməlidir. Götürək əvvəlki baş məşqçilərimizdən olan Şahin Diniyevi. Ona böyük hörmətim olsa da, deməliyəm ki, Diniyevdən sonra bütün məşqçilərimizin üstündən xətt çəkdilər. Əlbəttə, bu, belədir. Bu da Diniyevin işini necə görməsi ilə bağlı idi. Foqts isə normal çalışır.
- Məgər Diniyev milli komandada işini pis görürdü?
- Söhbət onun pis məşqçi olmasından getmir. Ona görə ki, Diniyev üzünü çevirib milli komandadan getdi. Bununla da özünü çox pis apardı. Bax, söhbət bundan gedir. Diniyev normal işləyirdi, yığmaya 5 xal qazandırdı. Ancaq sonda yığmadan üz çevirib, “mən daha işləmək istəmirəm” deyib getdi. Belə etmək olmaz axı. Axı bu, milli komandadır. Bax, buna görə mən Diniyevi günahlandırıram. Yığmanı belə nümayişkarcasına atıb getmək – bu, yaramaz.
- Diniyev Serbiya yığmasına Bakıda 1:6 hesablı ağır məğlubiyyətdən sonra istefa verdi. Milli komandamızın əksər baş məşqçiləri, elə siz özünüz də böyük hesablı məğlubiyyətdən sonra postunuzdan getmisiniz...
- Bu pisdir. Etimad göstərdiyin məşqçiyə sona kimi, sözün əsl mənasında inanmaq lazımdır. Məgər bizim yığma Almaniya, yaxud Braziliyadır ki, uduzması gözlənilməz olsun? Biz bütün bunları bilirdik. Məgər mütləq böyük hesablı məğlubiyyəti gözləyib, bundan sonra baş məşqçini qovmaq lazımdır? Belə etmək olmaz. Rəhmətlik Ramiz Mirzəyev AFFA prezidenti olduğu dövrdə Torresə çox inanırdı. AFFA-nın indiki prezidenti Rövnəq Abdullayev, baş katib, İcraiyyə Komitəsinin üzvləri Foqtsa tam etimad göstərirlər. Bunu da düzgün edirlər. Etibar edib, sonda nəsə hesabat istəmək lazımdır. Elə son məşvərətimizdə də Foqtsun qarşısında yeni şərtlər qoyduq.
- Foqtsdan növbəti seçmə mərhələdə nə tələb etmək lazımdır?
- Birincisi, mütləq nəticə. İkincisi, Foqts mütləq Azərbaycan futbol həyatının inkişafında daha çox iştirak etməli, məşqçilərlə nəzəri, praktiki məşğələlər keçməlidir. Daha çox burada olub, futbolumuzun inkişaf ilə məşğul olmalıdır. Yəni təkcə böyüklərlə kifayətlənməyib, uşaq futbolu, bütövlükdə futbolumuza fayda verməlidir.
- Yəni ayın yarısını vətənində, yarısını Azərbaycandan keçirməklə iş görmək olmaz. Foqts çempionatımızı da izləməlidir...
- Əlbəttə, başqa necə ola bilər? Köməkçilərinə etibar etmək yox, hər şeyi öz gözünlə görməlisən. Bax, bu da Foqtsun diqqətinə çatdırıldı. AFFA rəhbərliyi bunu əvvəl ona deyib, sonra da bizə. Foqts da deyilənləri normal qəbul edib. Yəni, bütün bunlardan xəbərdar olduğumuz üçün AFFA-nın qərarını dəstəkləyirik.
- Milli komandanın Foqtsun rəhbərliyi altında maksimal nəticəsi nə ola bilər?
- 2012-ci il Avropa çempionatının final mərhələsinə çıxmaq.
- Məgər bu, realdır?
- Əsasən yığmanın potensialına uyğun Foqtsun qarşısına şərtlər qoyulub. Hesab edirəm ki, bu tələblər doğrudur və bu, həm Foqtsun, həm də milli komandamızın imkanları daxilindədir.
- Belə nəticə çıxartmaq olarmı ki, Lixtenşteyn və Rusiya ilə görüşlərdə götürülən 4 xal Foqtsun postunda saxlanılmasında həlledici oldu?
- Ehtimal etmək istəmirəm ki, bu olsaydı, nə olardı və sair. Belə şeyləri sevmirəm. Mən qəti, praktiki insanam. Konkret nə varsa, onu da deyirəm.
- Lixtenşteyn və Rusiya ilə görüşlərdə milli komandamızın oyunları xoşunuza gəldimi?
- Əlbəttə. Xüsusilə Rusiya ilə Bakıdakı oyun. Bu, əzmkarlıq, böyük istəklə bağlıdır. Ola bilər ki, yığmamız taktiki cəhətdən bir az düzgün oynamırdı. Yəni, biz hesabı bərabərləşdikdən sonra qorxub, geri çəkildik. Bax bu, xoşuma gəlmədi. Ümumilikdə, milli komandamız ruslara qarşı yaxşı, layiqli oynadı.

0
0