Azərbaycan kubokunda erkən finallar...
11.11.2009 - 17:07
Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşdi. Apasport.az saytının məlumatına görə, “Simurq”, “Olimpik-Şüvəlan”, “Qarabağ”, “Xəzər-Lənkəran”, “Bakı”, “Standard”, “Neftçi” və “İnter” mübarizəni davam etdirəcək.
1/4 finalda “Simurq” “Olimpik-Şüvəlan”la, “Qarabağ” “Xəzər-Lənkəran”la, “Bakı” “Standard”la, “Neftçi” “İnter”lə qarşılaşacaq. Xoşbəxt “səkkizlik”dən yalnız “Neftçi” həmişə ən azı bu mərhələdə oynayıb və hazırkı iştirakçılardan kuboku ən çox qazanandır – 4 dəfə. “Bakı” isə 2004-cü ilin yayında bu kuboka sahib çıxandan sonra daim 1/4 finalının həyəcanını yaşayır. “Zolaqlılar” bunların yalnız birində, debüt mövsümündə (2004/05) kuboka sahib çıxıb. “Simurq” ardıcıl ikinci, “Olimpik-Şüvəlan” isə üçüncü dəfə 1/4 finala yüksəlir. Hər iki komandanın bundan yüksək mərhələyə çıxmadığını nəzərə alsaq, nəhayət, tilsim qırılacaq və bu dəfə kimsə yarımfinalda oynayacaq.
“Qarabağ”la “Xəzər-Lənkəran” Azərbaycan kubokunun son üç ildə qalibləridir. Kuboku son qazanan “Qarabağ” tarixində 12-ci dəfə 1/4 finala yüksəlir. 2007 və 2008-ci illərdə ardıcıl iki dəfə ölkə kubokuna sahib çıxan Lənkəran təmsilçisi yenidən Ağasəlim Mircavadovun rəhbərliyi altında buna nail olub. “Xəzər-Lənkəran” da “Bakı” kimi ardıcıl 6-cı dəfə 1/4 finala çıxdı. “İnter” varisi “Xəzər Universiteti”ni də nəzərə alsaq, 7-ci dəfə 1/4 finala vəsiqə qazanır. Üçüncü ildir güclülər dəstəsində çıxış edən “Standard” ikinci dəfə buna nail olur.
1/4 finalda iki cütdəki mübarizəni erkən final kimi dəyərləndirmək olar. Hər halda, “Qarabağ”la “Xəzər-Lənkəran” və “Neftçi” ilə “İnter” turniri əsas favoritləridir və onlardan ikisi mübarizəni dayandırmalı olacaq. Premyer Liqada qələbə üzünə həsrət qalan “Standard” isə yeni baş məşqçisi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk uğurunu qazandı. Turnir cədvəlinin sonunda qərarlaşan Sumqayıt təmsilçisi ilk qələbəsini də Hacıyevin gəlişindən sonra elə kubokda “Turan” üzərində qazanmışdı – 3:1. İndi 51 yaşlı çalışdırıcını növbəti mərhələdə üç il öncə ölkə çempionluğunu qazandırdığı “Bakı” ilə prinsipial oyun gözləyir.
1/4 final mərhələsinin oyunları gələn il keçiriləcək. İlk oyunlar martın 6-7-də, cavab görüşləri 17-18-də baş tutacaq.

0
0