Yakuba Bamba: Yaxşı ki, “İnter” var...
11.11.2009 - 17:53
Yevlaxın “Karvan” klubunun hücumçusu Yakuba Bamba 563 günlük fasilədən sonra Azərbaycanda qol vurdu. Apasport.az saytının hesablamalarına görə, Kot-d‘İuvardan olan 34 yaşlı futbolçu sonuncu dəfə “Xəzər-Lənkəran”ın heyətində ötən ilin aprelin 27-də Tovuzun “Turan” klubunu səfərdə darmadağın etdikləri (4:0) çempionat oyununda fərqlənmişdi.
Cari mövsümdə “Karvan”a qayıdan Bamba Azərbaycan kubokunun 1/8 final mərhələsində “İnter”lə Yevlaxda keçirilən cavab görüşünün (2:3) 53-cü dəqiqəsində penalti zərbəsindən fərqlənib.
Ölkəmizə 2005-ci yazında gələn Yakuba “Karvan”da iki ildən artıq oynadı. Artıq növbəti il öz sözünü deyən Bamba XV milli çempionatda vurduğu 16 qolla bombardir oldu. İndiyədək çempionatımızda 37 qol vuran afrikalı hücumçu 2007-ci ilin yayında “Xəzər-Lənkəran”a böyük ümidlərlə transfer olsa da, özünü göstərə bilmədi. Təsadüfi deyil ki, Yakuba Lənkəran təmsilçisinin heyətində çıxış etdiyi bir ildən artıq müddətdə cəmi 5 dəfə rəqib qapısına yol tapa bildi.
Maraqlıdır ki, Bamba “Karvan”ın heyətində sonuncu qolu da çempionatda “Turan”a Tovuzda vurub. Onda da hücumçu vurduğu qolla komandasının qələbəsində iştirak edib – 4:2. Həmin görüşün 2007-ci ilin martın 17-də keçirildiyini nəzərə alsaq, Yakuba “Karvan”da növbəti qolunu 1370 gün gözləməli oldu.

0
0