“Vaqif Cavadova futbolu necə oynamağı öyrətmək lazımdır”
12.11.2009 - 00:00
“Əslində, Vaqif Cavadova futbolu necə oynamağı öyrətmək lazımdır. Yəni, bütün seçmə mərhələ üçün yalnız bir qol vurmaqla, yaxud yalnız sol cinahda oynamaqla iş bitmir. Ona başa salmaq lazımdır ki, əgər hücumçudursa, hücumun bütün cəbhələrində hərəkət etməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.
Gənc futbolçunun 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki oyunlarını şərh edərkən Tuayev bildirib ki, Cavadov öz istədiyi kimi oynayır: “Bu səbəbdən onu tez “bağlayırlar” və Vaqif qol vura bilmir. Belə futbol oynamaq olmaz. Daim meydanda yerdəyişmə etmək lazımdır. Fikir verin, Cavadov Rusiya ilə görüşdə meydanın ortasına tərəfə getdi və nəticədə qol vurdu. Bu, gözəl oldu və belə oynamağı davam etdirmək lazımdır. Bax, onda Vaqif yaxşı futbolçu kimi yetişəcək. Gəlin müqayisə aparmayaq ki, onun əmisi İsgəndər Cavadovdur. İsgəndər əla futbolçu olub. Vaqif isə əmisinə çatmaq üçün hələ çox öyrənməlidir”.

0
0