“Karvan”ın antirekordu və ya futbolçular qapıları niyə səhv salırlar?
12.11.2009 - 00:05
“Karvan”ın antirekordu və ya futbolçular qapıları niyə səhv salırlar?
“Karvan” klubu “İnter”lə Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsinin oyunlarında antirekorda imza atdı. Apasport.az saytının məlumatına görə, yevlaxlı futbolçular Premyer Liqanın hazırkı lideri ilə kubok sınağında qapıları səhv saldılar.

Bunun nəticəsidir ki, “Karvan” “İnter”lə hər iki görüşdə avtoqola imza atdı. Maraqlısı odur ki, yevlaxlılar bu oyunlarda öz qapılarına qol vurmaqla hesabı açırlar. “Şəfa” stadionunda keçirilən oyunda bu missiyanı yarımmüdafiəçi Anar Həsənov (12-ci dəqiqə), Yevlaxdakı görüşdə isə milli komandamızın da üzvü olan braziliyalı müdafiəçi Ernani Pereyra (6-cı dəqiqə) yerinə yetirir. Bu qollar həlledici olur və hər iki oyunda qalib gələn (evdə 4:0, səfərdə 3:2) “İnter” 1/8 finala çıxır.

Göründüyü kimi, “bankirlər” “Karvan”a vurduğu 7 qoldan 2-də rəqibin hesabına fərqlənib. Əgər Ernani ilə Anar bu topları rəqib qapısından keçirsəydi, ümumi hesab 7:2 yox, 5:4 “İnter”in xeyrinə olardı.