Anar Salmanovdan AFFA prezidentinə şikayət edildi!
12.11.2009 - 00:17
Anar Salmanovdan AFFA prezidentinə şikayət edildi!
“Olimpik-Şüvəlan” rəhbərliyi hakim Anar Salmanovdan AFFA-ya şikayət edib. Apasport.az saytının xəbərinə görə, şikayət ərizəsi artıq AFFA və PFL-ə göndərilib. Bu haqda açıqlama verən klub prezidenti Vaqif Qasımov bildirib ki, ərizə birbaşa assosiasiyanın başçısı Rövnəq Abdullayevə ünvanlanıb.

“Bizim əsas narazılığımız Anar Salmanovun "Simurq"un futbolçularının kobud oyununa göz yummasınadır. Aleksandr Malıgin iki dəfə dirsəyi ilə Anatoli Doroşu vurdu, Sergey Artyux da Tərlan Xəlilova eyni hərəkəti etdi. Hakim birinci hissədə futbolçularımızın gözünü pis qorxutdu. Qapımıza verilən penaltidən şikayətlənmirik. Anar onsuz da bunadək "işini görmüşdü". İndi məsələyə Ekspert Komissiyası baxmalıdır. Hansı qərar çıxaracaqlarını bilmirəm” – deyə Qasımov bildirib.

Klub prezidentinin fikrincə, bu məsələdə sonadək mübarizə aparacaqlar.