“Azərbaycanla oyunda eksperiment oldu, indi isə bu yersizdir”
12.11.2009 - 09:57
Rusiya milli komandasının futbolçusu Diniyar Bilyaletdinov Azərbaycan yığmasına qarşı matçda sol cinah müdafiəçisi mövqeyində oynadığını unuda bilmir. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi dünya çempionatının pley-off mərhələsi çərçivəsində Sloveniya ilə keçiriləcək görüşlərdə yenidən həmin mövqedə çıxış etmək istəmədiyini açıqlayıb.
O, indi eksperiment etməyin yersiz olduğunu bildirib: “Sol cinah müdafiəçisi mövqeyi mənim üçün bir az yaddır. Azərbaycan və Lixtenşteynə qarşı bu mövqedə oynamaqla, həlledici matçlarda çıxış etmək arasında böyük fərq var. Belə matçda kiçik bir səhv hər şeyi məhv edə bilər. Bir sözlə, belə oyunda xırdalıq olmur. Mən baş məşqçi olsaydım, Bilyaletdinovu sol cinah müdafiəçisi kimi oynatmağa risk etməzdim. Sadəcə bu mənim işim deyil”.
Qeyd edək ki, Rusiya və Sloveniya yığmalarının ilk görüşü noyabrın 14-də Moskvada keçiriləcək.

0
0