“Anji” Azərbaycan yığmasında oynayan futbolçunu istəyir
12.11.2009 - 10:39
Bu il Rusiya çempionatında birinci divizionunun qalibi olan Mahaçqalanın “Anji” klubu heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, gələn il yenidən Premyer Liqada çıxış edəcək komandanın baş məşqçisi Omari Tetradze mətbuat konfransı keçirərək planlarını açıqlayıb.
Gürcü mütəxəssis bildirib ki, ən yaxşı dağıstanlı futbolçular – Şamil Lahiyalovla Şamil Asildarovun “Anji”də oynaması üçün əllərindən gələni əsirgəməyəcəklər. Hazırda həmyerlimiz Şahin Diniyevin rəhbərlik etdiyi “Terek” klubunun ən yaxşı bombardiri olan Lahiyalovun adı Azərbaycan yığması ilə də bağlıdır. O vaxtilə aşağı yaş qruplarından olan yığmalarımıza cəlb olunaraq Avropa çempionatının seçmə oyunlarında forma geyib. Hətta “Şəfa”da debüt edərək milli çempionatlar tarixinə də düşüb. Lakin həmin vaxt Şamil kiçik qardaşı, futbolçu olmayan Rəşidin sənədləri ilə milliləşib.

0
0