Enkenin nömrəsi əbədiləşib
12.11.2009 - 11:19
Almaniyanın “Hannover” klubu intihar edən qapıçı Robert Enkenin geyindiyi 1 nömrəli formanı əbədiləşdirib. Apasport.az saytının məlumatına görə, bundan sonra Hannover təmsilçisinin heyətində keç kim həmin nömrəni daşımayacaq.
Klubun prezidenti Martin Kind Enkenin formasının heç kimə verilməyəcəyini açıqlayıb. Komandanın bu günkü məşqi də təxirə salınıb. Futbolçular hələlik fərdi qaydada hazırlıq keçəcək. Məşqlər yalnız bazar ertəsi bərpa olunacaq. Yığmada sonuncu oyununu Azərbaycan milli komandasına, klubda isə “Hamburq”a qarşı keçirən Enkenin intiharından sonra şoka düşən oyunçulara istirahətin verilməsi zəruri hesab edilib.
Qeyd edək ki, Almaniya milli komandasının Çili ilə yoldaşlıq oyunu da təxirə salınıb.

0
0