“Şerif” də “Bakı”nı görməkdən imtina etdi
12.11.2009 - 11:33
“Şerif” də “Bakı”nı görməkdən imtina etdi
“Şerif” klubu “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, Moldova çempionu yanvarın 15-dən 25-dək Moskvada keçiriləcək yarışa qatılmamasını Avropa Liqasında çıxışı ilə əlaqələndirib. Əsas heyətin qitə miqyaslı turnirdəki oyunlardan sonra istirahətə vaxtının olmaması Tiraspol təmsilçisini bu addımı atmağa vadar edib. “Şerif” Özbəkistan çempionu “Bunedkor”un ardından “Birlik kuboku”na qatılmaqdan imtina edən ikinci klub olub.

Qeyd edək ki, Azərbaycanı Birlik kubokunda son ölkə çempionu “Bakı” təmsil edəcək.