“Berti Foqtsun komandasının nəticəsi həm də ona görə təəccüblüdür ki...”
12.11.2009 - 11:40
Azərbaycan yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində son iki rəsmi oyundakı nəticəsi oktyabrda postsovet məkanının hadisələrindən sayılıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu milli komandamızın oktyabrın 10-da Vadutsda Lixtenşteynə qalib gəlməsi (2:0), bundan 4 gün sonra Bakıda Rusiya ilə heç-heçə etməsi (1:1) sayəsində 4 xal toplaması 5 futbol hadisəsi arasına düşüb və çəkisinə görə 4-cü olub.
Bu versiyanı irəli sürən Rusiyanın “Sport-Ekspress” qəzeti yığmamızın tarixində ilk dəfə olaraq ardıcıl iki rəsmi görüşdə uduzmamağına yüksək qiymətləndirib: “Berti Foqtsun yetirmələrinin oktyabrda nəticəsi həm də ona görə təəccüblüdür ki, bu komanda əvvəlki seçmə mərhələdə keçirdiyi 8 oyunda cəmi 1 xal yığa bilmişdi. Vaqif Cavadov və onun komandası yığdığı 4 xal hesabına qrupda son yerdən aralana bildilər”.
Postsovet məkanında ötən ayın ən mühüm hadisəsi Ukrayna milli komandasının pley-off oyunlarına çıxması hesab olunub. Sonrakı iki olay “Rubin”in Çempionlar Liqasının qrup mərhələsində məşhur “Nou Kamp” stadionunda “Barselona”ya qalib gəlməsi (2:1) və Donetskin “Şaxtyor” klubunun Avroliqada rəqiblərini darmadağın etməsi sayılıb.

0
0