Çexiyalı məşqçi: Azərbaycanla görüşdən öncə üzr istəməliyik
16.11.2009 - 15:45
Çexiyalı məşqçi: Azərbaycanla görüşdən öncə üzr istəməliyik
“Biz yalnız üçüncü yer uğrunda mübarizə aparacağımızdan razı qala bilmərik. Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşmada nə oyun, nə də nəticə bizi qane etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya milli komandasının məşqçisi Frantuşek Komnaçki deyib.

Baş məşqçi Mihal Bilekin əsas köməkçisi olan Komnaçki BƏƏ-də keçirilən beynəlxalq turnirin yarımfinal matçında meydan sahiblərinə uduzmaqlarından (0:0, penaltilər seriyası 2:3) məyus olduğunu gizlətməyib. O, Azərbaycan yığması ilə noyabrın 18-də keçiriləcək 3-cü yer uğrunda matçın dönüş nöqtəsi olacağını düşünür: “Biz FİFA reytinqində ilk “100-lük”də qərarlaşmasaydıq, bəhanə tapmağa dəyərdi. Amma indi biz üzr istəməliyik. Qarşılaşmanın ilkin təhlilindən sonra belə qənaətə gəldik ki, çərşənbə günü Azərbaycana qarşı keçirəcəyimiz matç tam başqa olacaq. Həmin oyunda daha yüksək səviyyəli Çexiya yığması görəcəksiniz”.
0