“Azərbaycanla oyunda çaşıb qalmışdıq”
19.11.2009 - 14:06
“Azərbaycanla oyunda çaşıb qalmışdıq”
Çexiya milli komandasının səviyyəli hücumçu axtarışları uğursuzluqla nəticələnib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mihal Bilekin böyük ümidlərlə yığmaya dəvət etdiyi Lukaş Maqera azarkeşlərini məyus edib.

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan beynəlxalq turnirdə sınaqdan keçirilmiş 26 yaşlı hücumçu Azərbaycan milli komandası ilə 3-cü yer uğrunda görüşdə də heç nə ilə yadda qalmayıb. Elə futbolçunun özü də oyunundan narazı qalıb: “Azərbaycanla qarşılaşmada baş verənlər dəhşətli görünürdü. Biz meydanda çaşıb qalmışdıq. Lakin mən bunu faciə kimi qəbul etmirəm. Kənardan elə təsir yarana bilərdi ki, komandamız məşq edir. Müəyyən imkanlarımız olsa da, qol vura bilmədik. Həlledici anda isə öz qapımızdan buraxdıq”.

Qeyd edək ki, Çexiyanı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi turnirdə III yeri tutub.
0