Milan Azərbaycanda qol vurdu
19.11.2009 - 17:31
“Qəbələ” klubunun futbolçusu Milan Marinkoviç Azərbaycan çempionatında qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, güclülər dəstəsi klublarının nəzdində olan əvəzedici komandalar arasında ölkə birinciliyinin bu gün start götürən XI turu serb müdafiəçi üçün əlamətdar olub. “Qəbələ”yə transfer edildikdən sonra ümidləri doğrultmayan və əsas heyətdə cəmi 1 matçda, vur-tut 14 dəqiqə oynamaq imkanı qazanan Milan əvəzedici komandada fərqlənib. 23 yaşlı legioner “Standard”la bu gün keçirilən qarşılaşmada 45-ci dəqiqədə hesabı açıb. Bu həm də müdafiəçinin Azərbaycanda ilk belə uğuru olub. Final fitinə 12 dəqiqə qalmış isə Vüsal İbrahimov Sumqayıt təmsilçisini növbəti dəfə cəzalandırıb - 2:0. Qələbə sayəsində “Qəbələ”nin 8-ci yerə yüksəlib.
Qeyd edək ki, bu, Milanın əvəzedici komandada 5-ci oyunu idi. Əvvəlki 4 qarşılaşmada serbiyalının “qazancı” 2 sarı vərəqə olub.
Qeyd edək ki, bu, Milanın əvəzedici komandada 5-ci oyunu idi. Əvvəlki 4 qarşılaşmada serbiyalının “qazancı” 2 sarı vərəqə olub.
1 | "Neftçi" | 10 | 9 | 1 | 0 | 27-3 | 28 |
2 | "Qarabağ" | 10 | 9 | 0 | 1 | 21-4 | 27 |
3 | "Xəzər-Lənkəran" | 10 | 6 | 1 | 3 | 24-15 | 19 |
4 | "İnter" | 10 | 6 | 1 | 3 | 30-11 | 19 |
5 | "Muğan" | 10 | 6 | 0 | 4 | 17-12 | 18 |
6 | "Bakı" | 10 | 4 | 1 | 5 | 16-16 | 13 |
7 | "Turan" | 10 | 3 | 3 | 4 | 15-17 | 12 |
8 | "Qəbələ" | 11 | 4 | 0 | 7 | 14-18 | 12 |
9 | "Olimpik-Şüvəlan" | 10 | 3 | 3 | 4 | 9-22 | 12 |
10 | "Karvan" | 10 | 2 | 2 | 6 | 8-24 | 8 |
11 | "Standard" | 11 | 1 | 1 | 9 | 8-29 | 4 |
12 | "Simurq" | 10 | 1 | 1 | 8 | 6-23 | 4 |
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0