AFFA 8 milyon avronu necə itirdi?
20.11.2009 - 12:26
AFFA 8 milyon avronu necə itirdi?
2010-cu ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanan milli komandalar mükafatlandırılacaq. Apasport.az saytının məlumatına görə, FİFA həlledici oyunlarda çıxış edəcək yığmaların təmsil etdiyi milli assosiasiyaların hər birinə böyük məbləğdə pul verəcək. Dünya futbol qurumu 32 assosiasiyanın hərəsinə 8 milyon avro ödəyəcək. Bu mükafat təkcə final mərhələsinə vəsiqə üçün nəzərdə tutulub. AFFA və final mərhələsinə çıxa bilməyən digər yığmaların təmsil etdiyi qurumlar isə belə mükafat üçün ən azı növbəti dünya çempionatını gözləməli olacaq.
0