“Allahın köməyi ilə yarımfinala çıxarıq”
20.11.2009 - 12:48
Futzal üzrə UEFA kubokunun elit raundunun D qrupunda mübarizə aparan Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva yetirmələrindən razıdır. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, braziliyalı mütəxəssis Bakıda keçirilən yarışın ilk turunda “Nikars” (Latviya) üzərində 7:1 hesablı qələbənin ardından fikirlərini açıqlayıb. Da Silva böyük hesablı qələbə qazansa, rəqibin gücsüz saymayıb: “Nikars” heç də zəif rəqib deyildi. Oyuna ciddi konsentrasiya olmuşduq. Rəqib aqressiv müdafiəyə üstünlük verirdi. Təbii ki, məqsədimiz yarımfinala adlamaqdır. Allahın köməyi ilə məqsədimizə çatarıq”.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0