Azərbaycan yığması FİFA-nın reytinqində daha 9 pillə irəlilədi
20.11.2009 - 13:15
Azərbaycan yığması FİFA-nın reytinqində daha 9 pillə irəlilədi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların noyabr üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ardıcıl ikinci ay böyük irəliləyiş edən Azərbaycan yığması bu dəfə 9 pillə yüksəlib.

116-cı pilləyə yüksələn komandamız son reytinqdə 14 pillə irəliləmişdi. İndi hesabında 226 xal olan yığmamız UEFA-nın reytinqində 46-cı yerdədir. Sözsüz ki, almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırdığı komandanın son irəliləyişinə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yer uğrunda oyunda Çexiya kimi güclü rəqibə gəlməsi (2:0) böyük təsir edib. Yeri gəlmişkən, turnirin sonuncusu olan çexlər (843 xal) 8 pillə geriləyərək, 23-cü yerə düşüb.

Milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Almaniya (6-cı yer, 1170 xal) və Rusiya (13-cü yer, 1019 xal) hərəyə bir pillə geriləyib. Eyni sözləri Uels haqda demək olar – 79-cu yer, 427 xal. Üç pillə irəliləyən Finlandiya (605 xal) 54-cü yerə yüksəlib. Doqquz pillə geriləyən Lixtenşteyn yığması (110 xal) 151-ci yerə düşüb.

Reytinq cədvəlinin ilk pilləsində də dəyişiklik edib. Liderliyi qaytaran son Avropa çempionu İspaniya (1622 xal) dünyanın ən titullu yığması Braziliyanı (1592 xal) 2-ci pilləyə göndərib. Hollandiya (1279 xal) 3-cü yerdə mövqeyini qoruyub. 2010-cu il dünya çempionatının pley-off mərhələsinə də vəsiqə qazanmayan Türkiyə daha iki pillə geriləyib. 41-ci yerə düşən qardaş ölkənin təmsilçisinin 729 xalı var.

0