“Biz Anriyə nifrət edirik” - FOTOSESSİYA
20.11.2009 - 14:16
“Biz Anriyə nifrət edirik” - FOTOSESSİYA
Fransa yığmasının futbolçusu Tyeri Anrinin dünya çempionatının pley-off mərhələsində İrlandiyanın qapısına əllə vurduğu qol bütün britaniyalıların qəzəbinə səbəb olub. Apasport.az saytının məlumatına görə, məşhur Facebook saytında “Biz Anriyə nifrət edirik” adlı qrupun fəaliyyəti geniş vüsət alıb.

Saytda Tyerinin “şərəfinə” hazırlanan şəkilləri bir araya gətirən ingilis həmkarlarımız futbolçuya qarşı prosesin “Anriqeyt” adı aldığını da üzə çıxarıb. Fransızların ən sevimli yeməklərinin qurbağadan hazırlandığını da istehza ilə qarşılayan britaniyalılar məşhur Dieqo Maradonanın “Tanrı əli” ilə müqayisə olunan Tyerinin fərqlənməsinə yeni ad tapıb: “Qurbağanın əli”. Sayta toplanan şəkillərdə isə futbolçuya əllə oynanılan başqa idman növlərində özünü sınaması tövsiyə olunur.
0