“Xəzər-Lənkəran”ın rəqibinə güzəşt
21.11.2009 - 13:05
UEFA-nın Apelyasiya Komitəsi Avropa Liqasında mübarizə aparan Xorvatiyanın “Dinamo” klubunun şikayətinə baxıb. Apasport.az saytının məlumatına görə, Zaqreb komandası stadiondakı özbaşınalıqlar üzündən az öncə cəzalandırılmışdı və onun hesabından 3 xal silinib. Bu qərardan apelyasiya verən xorvatiyalıların haqlı çıxıb. Oktyabrın 30-da Nizam-İntizam Komitəsinin qərarı ilə “Dinamo”nun hesabından silinən 3 xal yenidən komandaya qaytarılıb. Rumıniya “Politexnika”sı (Timişoara) ilə oktyabrın 1-də keçirilən qarşılaşmada baş verənlərin belə sərt cəzalanması düzgün sayılmayıb. Əvəzində, Apelyasiya Komitəsi “Dinamo”nu 75 min avro cərimələyib və avrokuboklarda 3 illik şərti cəza verib. Üstəlik, zaqreblilərin stadionunun cəzalanması ilə bağlı qəbul olunan əvvəlki qərar da qüvvədə qalıb. Noyabrın 5-də “Ayaks”la görüşdə (0:2) olduğu kimi, “Politexnika” ilə dekabrın 17-dəki matç da tamaşaçılarsız baş tutacaq.
Qeyd edək ki, “Dinamo” 2007/08 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdırıb - 1:1; 3:1.
Qeyd edək ki, “Dinamo” 2007/08 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdırıb - 1:1; 3:1.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0