“Neftçi” milli komandamıza necə maneçilik yaradıb?
21.11.2009 - 13:41
“Neftçi” milli komandamıza necə maneçilik yaradıb?
Qadın futbolçulardan ibarət yığmalar arasında dünya çempionatının növbəti seçmə oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, VIII qrupda yer alan Azərbaycan milli komandası sabah Belçika yığmasını qəbul edəcək. Turnir cədvəlindəki qonşusunu sınağa çəkəcək Şamil Heydərovun yetirmələri ikinci pillədəki mövqelərini möhkəmlətmək üçün qələbə qazanmalıdırlar.

Azərbaycan - Belçika matçının qabaqcadan Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi nəzərdə tutulmuşdu. Amma sabah burada ölkə çempionatının XI turu çərçivəsində “Neftçi” və “İnter” arasında mərkəzi oyun olacaq. Buna görə də xanım futbolçularımız mərkəzdən kənarda, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda çıxış edəcəklər.

22 noyabr, saat 14:00
Azərbaycan – Belçika

Baş hakim: Qordana Kuzmanoviç
Hakim köməkçiləri: Jasmina Zafiroviç, Draqana Veljkoviç (hamısı Serbiya), Venera Kahriç-Muradova (Azərbaycan).
UEFA nümayəndəsi: Vladimir Antonov (Moldova)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

1

İsveç

3

3

0

0

9-2

9

2

Azərbaycan

2

1

0

1

2-4

3

3

Belçika

3

1

0

2

3-6

3

4

Uels

4

1

0

3

4-5

3

5

Çexiya

2

1

0

1

2-3

3