“İnter” - ilk dövrənin çempionu
23.11.2009 - 09:41
Futbol üzrə Azərbaycan çempionatında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, birinci dövrənin son turunun nəticələri turnir cədvəlində sıxlığın yaranmasına səbəb olub. Belə ki, liderlərlə ehtiyatda bir oyunu olan 7-ci yer arasında xal fərqi cəmi 7-yə bərabərdir. Buna “İnter”in mövsümdə ikinci dəfə məğlubiyyətlə barışması səbəb olub. “Bankirlər”lə oyunda gücünü ortaya qoyan “Neftçi” həm lideri büdrətməyi, həm də özünün iddialı olduğunu sübut etməyi bacarıb. Bu qələbədən sonra flaqmanı zirvədən 4 xal ayırır. Turnir cədvəlində isə “üçhakimiyyətlilik” hökm sürür. “İnter”in məğlubiyyətdən yararlanan “Simurq”la “Qarabağ” nisbətən zəif rəqiblərini çətinliklə də olsa, məğlub edərək, bakılılar şərik olub. Öz aralarındakı oyunların nəticələrinə əsasən “İnter” dövrəni ilk sırada tamamlayıb. Birinci dövrənin tam yekunlaşmasına isə 1 oyun qalıb. Noyabrın 25-də keçiriləcək I turdan təxirə salınmış “Xəzər-Lənkəran” - “Bakı” matçı ilk dövrənin “altılığ”ını müəyyənləşdirəcək.
20 noyabr
"Standard" - "Qəbələ" - 1:2
Qollar: Zeynal Zeynalov, 74 - Tomaş Stolpa, 21; İqor Melnik, 68
Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
21 noyabr
"Karvan" - "Xəzər-Lənkəran" - 0:2
Qollar: Mario Souza, 19; Denis Kalinkov, 39
Baş hakim: Rövşən Əhmədov
Yevlax. Şəhər stadionu.
"Simurq" - "Turan" – 2:1
Qollar: Gennadi Solonitsin, 38; Kaxaber Çxetiani, 62 // Ruslan Abbasov, 29
Baş hakim: Elnur Muradov
Zaqatala. “Simurq” stadionu.
22 noyabr
"Muğan" - "Bakı" – 0:1
Qol: Silvinio Joao De Karvalio, 90
Baş hakim: Rasim Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Neftçi" - "İnter" – 2:1
Qollar: Valter Quqlielmone, 21; Samir Əliyev, 76 - Robertas Poşkus, 66
Baş hakim: Vüsal Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ" - "Olimpik-Şüvəlan" – 1:0
Ool: Əfran İsmayılov, 70
Baş hakim: Elçin Məmmədov
Ağdam. Quzanlı qəsəbə stadionu
Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.
20 noyabr
"Standard" - "Qəbələ" - 1:2
Qollar: Zeynal Zeynalov, 74 - Tomaş Stolpa, 21; İqor Melnik, 68
Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
21 noyabr
"Karvan" - "Xəzər-Lənkəran" - 0:2
Qollar: Mario Souza, 19; Denis Kalinkov, 39
Baş hakim: Rövşən Əhmədov
Yevlax. Şəhər stadionu.
"Simurq" - "Turan" – 2:1
Qollar: Gennadi Solonitsin, 38; Kaxaber Çxetiani, 62 // Ruslan Abbasov, 29
Baş hakim: Elnur Muradov
Zaqatala. “Simurq” stadionu.
22 noyabr
"Muğan" - "Bakı" – 0:1
Qol: Silvinio Joao De Karvalio, 90
Baş hakim: Rasim Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Neftçi" - "İnter" – 2:1
Qollar: Valter Quqlielmone, 21; Samir Əliyev, 76 - Robertas Poşkus, 66
Baş hakim: Vüsal Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ" - "Olimpik-Şüvəlan" – 1:0
Ool: Əfran İsmayılov, 70
Baş hakim: Elçin Məmmədov
Ağdam. Quzanlı qəsəbə stadionu
1 | "İnter" | 11 | 7 | 2 | 2 | 22-12 | 23 |
2 | "Simurq" | 11 | 7 | 2 | 2 | 15-9 | 23 |
3 | "Qarabağ" | 11 | 7 | 2 | 2 | 10-5 | 23 |
4 | "Qəbələ" | 11 | 6 | 2 | 3 | 15-13 | 20 |
5 | "Neftçi" | 11 | 6 | 1 | 4 | 10-7 | 19 |
6 | "Xəzər-Lənkəran" | 10 | 5 | 3 | 2 | 12-5 | 18 |
7 | "Bakı" | 10 | 5 | 1 | 4 | 7-6 | 16 |
8 | "Olimpik-Şüvəlan" | 11 | 3 | 3 | 5 | 11-15 | 12 |
9 | "Turan" | 11 | 3 | 2 | 6 | 14-16 | 11 |
10 | "Muğan" | 11 | 3 | 2 | 6 | 7-16 | 11 |
11 | "Karvan" | 11 | 1 | 2 | 8 | 10-17 | 5 |
12 | "Standard" | 11 | 0 | 2 | 9 | 8-20 | 2 |
Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.
0
0