Azərbaycan çempionu tarix yazdı
23.11.2009 - 09:55
Azərbaycan çempionu tarix yazdı
Futzal üzrə UEFA kubokunun elit raundunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən D qrupunda baş tutan III turun qarşılaşmaları final mərhələsinə vəsiqənin sahibini müəyyənləşdirib.

Ardıcıl üçüncü qələbəsini qazanan Naxçıvanın “Araz” klubu Azərbaycan futzalı tarixində ilk dəfə “Dördlər finalı”na qatılmaq hüququna sahib çıxıb. İlk iki turda böyük hesablı qələbələr qazanan çempionumuz qrupdakı son oyunda Qazaxıstanın “Kayrat” komandasını 4:3 hesabı ilə məğlubiyyətə uğradıb. Təmsilçimizin heyətində Rodriqes Paz (2 qol), Vitali Borisov və Santos fərqlənib. Qrupdakı digər oyunda isə Yunanıstanın “Atina-90” klubu Latviya təmsilçisi “Nikars”ı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

UEFA kubokunda “Araz”ın mübarizə aparacağı növbəti – həlledici mərhələnin oyunları 2010-cu ilin aprel ayında keçiriləcək. Təmsilçimiz İtaliyanın “Luparense”, İspaniyanın “İntervyu” və Portuqaliyanın “Benfika” klubları ilə mübarizə aparacaq.

1 “Araz” 3 3 0 0 18-4 9
2 “Kayrat” 3 2 0 1 9-8 6
3 “Atina-90” 3 1 0 0 5-10 3
4 “Nikars” 3 0 0 3 3-13 0