Milli komandamız ikinci pillədə qaldı
23.11.2009 - 09:59
Milli komandamız ikinci pillədə qaldı
Qadınlar arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, VIII seçmə qrupda mübarizə aparan Azərbaycan milli komandası ilk heç-heçəsini edib.

Ardıcıl üçüncü oyununu öz meydanında keçirən futbolçularımız Belçika yığmasının müqavimətini qıra bilməyib – 0:0. Bu, millimizin seçmə mərhələdə qol buraxmadığı ilk oyun olub. İsveçə 0:3 uduzub, Uelsi 2:1 məğlub edən Şamil Heydərovun yetirmələri 2 xal itkisinə baxmayaraq, ikinci pillədəki mövqeyini qoruyub. Komandamız növbəti oyununu da öz meydanında, gələn il martın 27-də Çexiyaya qarşı keçirəcək.

Azərbaycan – Belçika – 0:0
Baş hakim: Qordana Kuzmanoviç
Hakim köməkçiləri: Jasmina Zafiroviç, Draqana Veljkoviç (hamısı Serbiya), Venera Kahriç-Muradova (Azərbaycan).
UEFA nümayəndəsi və hakim-inmspektor: Vladimir Antonov (Moldova)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

1

İsveç

3

3

0

0

9-2

9

2

Azərbaycan

3

1

1

1

2-4

4

3

Belçika

4

1

1

2

3-6

4

4

Uels

4

1

0

3

4-5

3

5

Çexiya

2

1

0

1

2-3

3