“Azərbaycan yığmasını uda bilmədiyimiz üçün təəssüflənirəm”
23.11.2009 - 10:44
“Azərbaycan milli komandasını məğlub edə bilmədiyimiz üçün təəssüflənirəm”. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri qadınlardan ibarət Belçika milli komandasının baş məşqçisi Anna Noe deyib.
Dünya çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan yığması ilə heç-heçə (0:0) oynayan qonaqların çalışdırıcısı 1 xaldan narazı qalıb: “Nəticədən razı qalmadım. Azərbaycan yığmasını yaxşı oyun nümayiş etdirməsi münasibətilə təbrik edirəm”.
Oyundan sonra matçla bağlı fikirlərini bildirən yığmamızın baş məşqçisi Şamil Heydərov isə nəticədən razı qalıb: “Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Qol epizodlarından yararlana bilmədik. Heç-heçəni qənaətbəxş nəticə hesab edirəm”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0