Bakıda oynamış futbolçu həbs oluna bilər
23.11.2009 - 11:26
Ağdamın “Qarabağ” klubunu Avropa Liqasından kənarlaşdıran Hollandiyanın “Tvente” klubu aparıcı futbolçularından olan Teo Yanseni itirmək qorxusu ilə üzləşib. Apasport.az saytının məlumatına görə, buna 28 yaşlı yarımmüdafiəçinin həbsi səbəb ola bilər.
Belə ki, Teo yol qəzasının səbəbkarı kimi ciddi cəzaya məruz qalacaq. Avtomobilin sükanı arxasında ikən qəzaya düşən futbolçu özü ilə yanaşı daha 3 nəfərin həyatını riskə atıb. Yansenin burnunun qırılmasından başqa, yanındakılar da xəsarət alıb. Bu səbəbdən futbolçu törətdiyi cinayət görə həbs oluna bilər. O, bir müddət əvvəl içkili vəziyyətdə yaxalandığı üçün sürücülük hüququndan məhrum edilsə də, yenə sükan arxasında əyləşməyin cəzasını çəkməlidir.
Qeyd edək ki, Teo “Qarabağ”la Hollandiyadakı matçda 90, Bakıda isə 45 dəqiqə meydanda olub.

0
0