Valter Quqlemondan mütləq rekord!
23.11.2009 - 11:57
Unibank Premyer Liqasının ötən mövsümünün bombardiri Valter Quqlemon “Neftçi” və “İnter” klubları arasında keçirilən oyunların qəhrəmanına çevrilib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı uruqvaylı hücumçu paytaxt derbisində yenə fərqlənməklə, rekord müəyyənləşdirdi. Üçüncü mövsümdür ölkəmizdə çıxış edən Quqlemon “Neftçi” – “İnter” görüşlərində artıq 6-cı qolunu vurur ki, bu, paytaxt təmsilçilərinin qarşılşmasında mütləq rekorddur. Belə ki, Bakı təmsilçiləri arasında 2004-cü ildən bu yana keçirilən oyunlarda bu qədər qol vuran futbolçu olmayıb. Özü də 7 görüşdə iştirak edən, daha çox Tofiq Bəhramov adına Respublika stadionunda fərqlənən Valter yenə həmin məkanda öz sözünü dedi. Ancaq fərq ondadır ki, uruqvaylı bu dəfə “İnter”in yox, “Neftçi”nin heyətində fərqləndi.
“Bankirlər”in heyətində keçirdi ilk iki mövsümdən sonra bu yay “ağ-qaralar”a keçən Quqlemon keçmiş komandasından prinsipial görüşdə əvəz çıxdı. Özü də cari çempionatda 2-ci turda “Turan”la oyunda (2:0) dəqiq yerinə yetirdi penalti zərbəsindən sonra fərqlənə bilməyən Valter qolsuzluq sindromuna ilk dövrənin sonuncu turunda son qoydu. Həmin görüşdə qələbə topunu vuran Samir Əliyevin vaxtilə “İnter”də oynadığını nəzərə alsaq, bu komandanı sabiq futbolçuları cəzalandırdı.
Qeyd edək ki, ötən mövsüm 17 topla bombardir olan Quqlemon milli çempionatında meydana çıxdığı 45 oyunda 29 qol vurub. O, “Neftçi”nin heyətində 11 görüşdə 2 dəfə fərqlənib.
Valter Quqlemonun “Neftçi” – “İnter” oyunlarında vurduğu qollar
2007/08 mövsümü
Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Neftçi” – “İnter” – 2:2
Quqlemon, 37 (2:1), Quqlemon, 79 (2:2)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
2008/09 mövsümü
Premyer Liqa, IX tur
“Neftçi” – “İnter” – 1:3
Quqlemon, 25-pen (0:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Premyer Liqa, XXII tur
“İnter” – “Neftçi” – 2:2
Quqlemon, 51 (1:2), Quqlemon, 56 (2:2)
Bakı. “Şəfa” stadionu
2009/10 mövsümü
Premyer Liqa, XI tur
“Neftçi” – “İnter” – 2:1
Quqlemon, 21 (1:0)

0
0