Ölkə çempionu futbolçulara 3 aydır maaş vermir
23.11.2009 - 12:35
Ölkə çempionu futbolçulara 3 aydır maaş vermir
Azərbaycan çempionu “Bakı” klubunun “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirindəki rəqiblərindən olan Rusiya “Rubin”i ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, srağagün ardıcıl ikinci dəfə ölkə çempionu olan Kazan təmsilçisi maliyyə problemləri ilə üz-üzə qalıb.

Klubun baş məşqçisi Qurban Berdıyev yetirmələrinin maaşsız oynadığını açıqlayıb: “Hamı deyir ki, guya “Rubin”in pulu var. Əslində, neçə aydır futbolçularımıza maaş da verə bilmirik. Bunu onların özləri də təsdiqləyə bilərlər. Bəlkə də sonradan sponsorlar bu borcları qaytarmağa kömək etdilər. Biz isə onları dözməyə yola gətirmişik. Mükafatları veririk, maaşları isə yox. Dekabrın 5-də 3 ay tamam olacaq ki, əmək haqqı verə bilmirik. Oyunçular da bizi anlayışla qəbul edir və müqaviləyə əməl edəcəyimizə inanırlar”.