Mübariz Mənsimovdan hər futbolçuya 15 min manat mükafat
23.11.2009 - 12:40
Mübariz Mənsimovdan hər futbolçuya 15 min manat mükafat
Türkiyə Superliqasının 13-cü turunda “Fənərbağça” üzərində qazandığı 3:0 hesablı qələbə “Beşiktaş” komandasının futbolçularını zəngin edib.

Lent.az-ın “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, derbidə qalib gələn “qartallar” “pul yağmuru”na tutulub.

Klub prezidenti Yıldırım Dəmirörən hər bir futbolçuya 20 min lirə (10 min manat) mükafat verib. 2010-cu ildə keçiriləcək seçkidə Dəmirörənin siyahısında yer alacağı dəqiqləşən azərbaycanlı iş adamı Mübariz Mənsimov isə hər oyunçuya 30 min lirə (15 min manat) ödəyəcək.