Futbolçuları başdan çıxaran model - FOTOSESSİYA
23.11.2009 - 13:30
Futbolçuları başdan çıxaran model - FOTOSESSİYA
Lusi Katerin Pinder - futbolçuları başdan çıxaran model. Çox az futbolçu tapılar ki, onun bədən ölçülərindən, fiziki göstəricilərindən vəcdə gəlməsin. 26 yaşlı xanımın idmanı, xüsusilə futbolu sağlamlığın möhkəmləndirilməsi və təhsil səviyyəsinin yüksəldilməsi üçün vasitə sayan “Kick 4 Life” (“Həyat üçün zərbə”) xeyriyyə təşkilatı ilə bağlılığı var. Lusi təşkilat yaranandan, yəni 2005-ci ildən bəri bu qurumun səfiridir.

Bundan başqa, Pinder “Sky Sports” telekanalının da vaz keçilməz isimlərindən sayılır. O, həm telekanalda uğurlu fəaliyyət göstərdiyinə, həm də cazibədarlığına görə bir sıra futbolçuların qəlbinə yol tapıb. Təsadüfi deyil ki, Lusi indiyədək ayrı-ayrı oyunçularla eşq macərası yaşayıb. Onu ən çox sevən isə “Sauthempton” klubunun fanatlarıdır. Axı, maneken “Sauthempton”a azarkeşlik edir.
0