Azərbaycan çempionu Avropanın ən güclü klubudur
23.11.2009 - 13:36
Azərbaycan çempionu Avropanın ən güclü klubudur
Futzal üzrə UEFA kubokunun final mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu “Araz” elit raundun ən yaxşı komandası olub. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi gələn ilin aprelində keçiriləcək həlledici oyunlarda rəqibi olan 3 klubla müqayisədə daha yaxşı nəticə göstərib.

Daha çox qol vurduğu üçün yarımfinala vəsiqə qazanan Portuqaliya “Benfika”sı digərlərindən fərqli, elit raundda xal itkisi ilə üzləşib. “Araz” kimi 3 qələbə qazanan İspaniyanın “İntervyu” klubu ilə İtaliya “Luparense”si elit raundu 9 xalla tamamlayıb. Lakin onların hər ikisi top fərqində “Araz”dan geri qalıb. Bu da təmsilçimizin məhsuldarlığı sayəsində mümkün olub. Nəinki İspaniya, hətta Portuqaliya təmsilçisi və “Benfika”nın mübarizədən kənarlaşdırdığı Rusiya “Yekaterinburq”u da naxçıvanlılardan az qol buraxıb. Lakin “Araz” ispanlardan 7, italiyalılardan isə 3 dəfə çox qol sevinci yaşayıb.

Qeyd edək ki, bu 4 komandadan yalnız “İntervyu” əvvəllər UEFA kubokunu başı üzərinə qaldırıb. Təxminən yarım il əvvəl yarışın son qalibi olan ispanlar 2004 və 2006-cı illərdə də Avropanın ən yaxşısı olub.

Finalçılar elit raundunda

“Araz” (Azərbaycan)

3

3

0

0

18-4

9

“Luparense” (İtaliya)

3

3

0

0

15-5

9

“İntervyu” (İspaniya)

3

3

0

0

11-2

9

“Benfika” (Portuqaliya)

3

2

1

0

14-3

7

0