Françesko Totti: Məni söyün!
23.11.2009 - 13:42
Françesko Totti: Məni söyün!
“Roma” klubunun kapitanı Françesko Totti maraqlı təklif irəli sürüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi son vaxtlar tənqidlərinə məruz qaldığı şəxslərdən onu söyməkdə davam etməyi xahiş edib.

Dizindəki zədə üzündən ay yarımdır oynamayan Totti yaşıl meydana qayıdışını A seriyasının son turunda “Bari” ilə görüşdə (3:1) het-triklə qeyd etdi. Bununla tənqidçilərə cavab verən futbolçu söyülməsinin onun üçün düşərli olduğunu düşünür: “İndi ümid edirəm ki, haqqımda danışmaqdan, ən yaxşı illərimin keçmişdə qaldığını deməkdən dayanmayacaqlar. Qoy, belə də olsun. Axı bu, mənə uğur gətirir. Belə hesab etməkdə davam edin ki, mən bir futbolçu kimi qurtarmışam. Bu, indi deyə biləcəyim bütün sözlərdir. Het-trik edəndən sonra müsahibə vermək çox asandır. Ancaq yaxşısı odur ki, evə gedim”.

Qeyd edək ki, Tottinin tənqidçilərini narazı salan “Roma”nın veteran futbolçu ilə müqavilənin 2014-cü ilə qədər uzatması olub.
0