“Neftçi”dən qovulan futbolçu Türkiyə çempionatında
23.11.2009 - 14:48
“Neftçi”dən qovulan futbolçu Türkiyə çempionatında
Bakının “Neftçi” klubundan qovulan Georgi Çelidze “uğursuz zolaq”dan çıxa bilmir. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu indi də Türkiyə çempionatında çıxış edən klubdan qovulmaq təhlükəsi ilə üz-üzə qalıb. Buna 23 yaşlı hücumçunun şərəfini qoruduğu “Samsunspor” komandasında ümidləri doğrultmaması səbəb olub.

Belə ki, Bank Asiya 1-ci liqada mübarizə aparan Samsun klubunu rəhbərliyi gürcüstanlının hələ də qol vura bilməməsindən narahatdır. Legioner limitinin daha sərt olduğu aşağı dəstədə faydasız əcnəbini saxlamağın mənasızlığını dərk edən samsunlular Çelidzenin gələcəyi ilə bağlı götür-qoy etməyə başlayıb.

Qeyd edək ki, ötən ilin yayında İntertoto kuboku ərəfəsində “Neftçi”yə cəlb olunan Georgi ölkəmzidə də qol vura bilməmişdi. Buna görə də hücumçu flaqmanda yarım il oynamamış qovulmuşdu.
0