Azərbaycanlı hücumçu Avropada 7-ci yerdədir
23.11.2009 - 16:19
Azərbaycanlı hücumçu Avropada 7-ci yerdədir
Futzal üzrə UEFA kubokunun 2009/10 mövsümünün ən məhsuldar hücumçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın final mərhələsinə vəsiqə qazanan Naxçıvanın “Araz” klubunun oyunçuları da siyahıda yer alıblar.

Azərbaycan çempionunun cari mövsüm ən çox qol vuran iki futzalçısı – hərəyə 7 dəfə fərqlənən Vitali Borisov və Maşado Nilson dos Santos UEFA kubokunun 7-ci ən məhsuldar oyunçusu adına şərikdir. Onlardan 1 top geri qalan Tyaqu Qabriel Rodriges Paz isə 12-21-ci yerləri bölüşən 10 nəfərdən biridir.

Ümumi sıralamaya Elit raundun Bakıda keçirilən D qrupunun oyunlarında çıxış edən Latviya “Nikars”ının üzvü Aleksey Baranov liderlik edir. 11 qol vuran latviyalının ən yaxın izləyici İtaliyanın “Luparense” klubunda oynayan Kayro Manuel dos Santos isə 1 dəfə az fərqlənib. Daha iki futzalçı 9, ikisi isə 8 dəfə qol sevinci yaşayıb.
0