Nazim Süleymanov “Olimpik-Şüvəlan”ın baş məşqçisi oldu
23.11.2009 - 16:37
Nazim Süleymanov “Olimpik-Şüvəlan”ın baş məşqçisi oldu
Nazim Süleymanov “Olimpik-Şüvəlan” klubunun yeni baş məşqçisi təyin edilib. Bu haqda apasport.az saytına komandanın prezidenti Vaqif Qasımov məlumat verib. Onun sözlərinə görə, təyinat artıq həllini tapıb.

“Nazim Süleymanovla sabah münasibətlərimizi rəsmiləşdirəcəyik. Onunla il yarımlıq müqavilə imzalayacağıq. Süleymanova inamımız böyükdür. Nə qədər ki, mən komandadayam, bizdə əcnəbi mütəxəssis işləməyəcək. Çünki özümüzünkülərə daha çox güvənirəm, nəinki xaricilərə. Nazim müəllim yerli kadrlar arasında ən yaxşı namizəd idi. Onun hansı məşqçi ilə işləyəcəyini artıq özü müəyyənləşdirəcək” – deyə Qasımov bildirib.

Qeyd edək ki, bu gün istefa verən Əsgər Abdullayevi əvəzləyən Süleymanovun son iş yeri “Bakı” klubunun əvəzedicilərdən ibarət komandası olub. O, Qyoko Hacıyevskinin istefasından sonra klubla yollarını ayırıb. Olimpiya yığmamızda çalışan 44 yaşlı məşqçi vaxtilə iki dəfə “Xəzər-Lənkəran”ın sükanı arxasında olub.
0