“Biz hələ ki Kemal Alispahiçə şans veririk”
23.11.2009 - 16:53
“Biz hələ ki Kemal Alispahiçə şans veririk”
“Kemal Alispahiçi istefaya göndərməyimiz doğru deyil. O, hələ ki komandamızın baş məşqçi postunda fəaliyyətini davam etdirir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Cari mövsümə yaxşı başlayan, hətta bir müddət liderliyi ələ keçirən “Muğan” sonradan uğursuzluğa düçar olaraq, ilk dövrəni 10-cu yerdə bitirdi. Bu mənada yayda komandanın sükanı arxasına gətirilən bosniyalı mütəxəssis Kemal Alispahiçin də istefaya göndərilməsi labüd ola bilər. Ancaq vitse-prezidentin fikrincə, baş məşqçi dəyişikliyi hazırda gündəmdə deyil: “Təbii ki, komanda daim uduzanda baş məşqçi dəyişikliyi gerçəkləşir. Ancaq biz hələ ki Alispahiçə şans veririk. Onun işindən, komandaya keçdiyi məşqdən razıyıq. Ancaq bizi narazı salan komandanın nəticə qazana bilməməyidir”.

Qeyd edək ki, ölkə mətbuatında Kemal Alispahiçin istefaya göndərilməsi barədə xəbərlər yayılıb.
0