AFFA Braziliya, Argentina, İtaliya və Hollandiyaya qarşı
23.11.2009 - 17:02
AFFA Braziliya, Argentina, İtaliya və Hollandiyaya qarşı
Çimərlik futbolu üzrə 2011 və 2013-cü illərdə keçiriləcək dünya çempionatlarının final mərhələlərini qəbul etməyə namizəd ölkələrin tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu nüfuzlu yarışa ev sahibliyi etmək istəyən Azərbaycan 12 rəqiblə mübarizə aparmalı olacaq.

Təşkilatçılığı üzərinə götürmək üçün FİFA-ya müraciət edən AFFA müxtəlif qitələrdən olan ölkələrlə qiyabi rəqabət aparacaq. Belə ki, ölkəmizlə yanaşı, Avropanın daha 5 ölkəsi - İtaliya, Rusiya, Hollandiya, Polşa, İsveçrə, həmçinin Cənubi Amerikadan Çili, Braziliya, Argentina, Mərkəzi Amerikadan Kosta-Rika, Asiyadan Oman, Afrikadan CAR, Okeaniyada məşhur kurort ölkəsi olan Taiti də dünya çempionatını qəbul etmək arzusundadır.
0