Futbolçular azarkeşlərin pullarını qaytarırlar
24.11.2009 - 10:00
Futbolçular azarkeşlərin pullarını qaytarırlar
İngiltərə Premyer Liqasının son turunda “Tottenhem”lə səfər oyununda darmadağın olan “Uiqan”ın futbolçuları xərcə düşüb. Apasport.az saytının məlumatına görə, Londonda 1:9 hesabı ilə uduzan qonaqlar paytaxta yollanmış azarkeşlərinə təzminat ödəyəcəklər. “Uiqan”ın üzvləri fanatların yol və digər xərclərini öz ciblərindən ödəməyə razılıq veriblər. Komandanın kapitanı Mario Melhiott bu yolla günahlarını yuduqlarını düşünür: “Biz peşəkar kimi dərk edirik ki, son oyunda göstərdiyimiz futbol daha yaxşısını arzulamağa əsas verir. Azarkeşlərimizə pullarını qaytarmağımız belə oyuna görə, onlardan üzr istəməyimiz deməkdir”.
0