“Parma” Şahin Diniyevin futbolçusunu istəyir
24.11.2009 - 10:29
“Parma” Şahin Diniyevin futbolçusunu istəyir
“Parma” klubu Şahin Diniyevin rəhbərliyi altında oynayan futbolçuya göz dikib. Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi həmyerlimizin baş məşqçisi olduğu Qroznı “Terek”inin bolqar yarımmüdafiəçi Blaqoy Georgiyevi almaq istəyir.

Bolqarıstan yığmasının da üzvü olan 28 yaşlı futbolçu mövsümlərarası fasilədə Sofiyanın “Slaviya” klubundan transfer edilib. Georgiyevlə Rusiyanın MOİK və “Rubin” klubunun da maraqlandığı deyilsə də, “Terek”in vitse-prezidenti Haydar Alxanov italyanlardan təklif aldıqlarını bildirib: “Onlar Georgiyevlə bağlı bizə müraciət etdi. Ancaq məsələnin həlli cari mövsümün sonuna qədər təxirə salınıb. “Rubin”lə MOİK-ə gəlincə, onlardan heç kim bizə zəng etməyib. İstənilən halda, bolqar futbolçunun “Terek”lə 2 illik müqaviləsi var və səviyyəli yarımmüdafiəçini itirməkdə maraqlı deyilik. Georgiyevin satışının gündəmə gəlməsi üçün bizə elə cəlbedici təklif edilməlidir ki, bundan imtina edə bilməyək”.
0