“Bakı” klubunun baş məşqçisi Kristof Dauma məsləhət verdi
24.11.2009 - 11:01
“Bakı” klubunun baş məşqçisi Kristof Dauma məsləhət verdi
Türkiyə milli komandasının yarımmüdafiəçisi Kazım Kazımın hərəkətləri futbol ictimaiyyətini özündən çıxarıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” klubunda forma geyinən milliləşən legionerin bəzən intizamsızlıq həddinə çatan çılğınlığı müzakirələrə səbəb olub.

Superliqanın hesabat turunda “Beşiktaş”la qarşılaşmada qırmızı vərəqə alan Kazımın əvvəlki xətaları da yenidən yada düşüb. Söyüşləri və azarkeşlərlə münaqişələri xatırlanan futbolçunun artıq baş məşqçi Kristof Daumun da səbr kasasını doldurduğu ehtimal olunur. Bütün bunları nəzərə alan türk futbol adamları legionerin qovulmasını tələb edir. Bu tələbə Azərbaycan futboluna yaxın simalar da qoşulub.

Belə ki, türk kanallarında şərhçi imici qazanmış “Bakı”nın baş məşqçisi Bülənt Korkmaz və “Xəzər-Lənkəran”ın sabiq hücumçusu Oqtay Dərəlioğlu da Kazım məsələsində həmrəy olublar: “Düzəlmirsə, qovulsun”.
0